...

Xabi Alonso baş məşqçi oldu

İdman Materials 10 İyul 2019 17:51 (UTC +04:00)
İspaniya millisinin sabiq üzvü Xabi Alonso məşqçiliyə başlayıb.
Xabi Alonso baş məşqçi oldu

Bakı. Trend:

İspaniya millisinin sabiq üzvü Xabi Alonso məşqçiliyə başlayıb.

Trend-in məlumatına görə, 37 yaşlı keçmiş yarımmüdafiəçi İspaniyanın "Real Sosyedad" klubunda çalışacaq. Klubun rsəmi saytı Alonsonun B komandasının baş məşqçisi təyin edildiyini açıqlayıb.

2017-ci ildə karyerasını bitirən Xabinin ilk klubu da "Real Sosyedad" olub. O, daha sonra "Eybar", "Liverpul", "Real" və "Bavariya"da çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti