...

Ümit Karan istefa verdi

İdman Materials 27 Avqust 2019 14:39 (UTC +04:00)

Bakı. Trend:

Şimali Makedoniyanın “Şkupi” klubunu çalışdıran Ümit Karan tutduğu vəzifədən istefa verib.

Trend-in məlumatına görə, bu haqda türkiyəli mütəxəssis özünün İnstagram səhifəsində məlumat verib. 42 yaşlı məşqçi “Şkupi”ni 2018/19 mövsmündən çalışdırırdı.

Onun rəhbərliyi altında komanda Avroliqaya vəsiqə qazanıb. Amma elə birinci mərhələdə Ermənistanın “Pünik” komandasına uduzaraq (3:3, 1:2) mübarizəni dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti