...

Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər məlum olub

İdman Materials 3 Oktyabr 2019 19:10 (UTC +04:00)
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər məlum olub

Bakı. Trend:

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Trend-in məlumatına görə, iddiaçıların tərkibi qrup mərhələsinin II tur qarşılaşmalarının yekunu əsasında müəyyənləşib.

Siyahıya Almaniyanın "Borussiya" (Dortmund) komandasının müdafiəçisi Əşrəf Hakimi, "Bavariya"nın yarımmüdafiəçisi Serj Qnabri, İspaniya "Barselona"sının hücumçusu Luis Suares və Belçika "Anderlext"inin forvardı Emmanuel Denis düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti