...

Gələn aydan açıq havada idman yarışlarının təşkilinə icazə verilir

İdman Materials 29 May 2020 17:07 (UTC +04:00)
Gələn aydan açıq havada idman yarışlarının təşkilinə icazə verilir

Bakı. Trend:

31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, 31 may 2020-ci il saat 00:00-dan açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilir.

Xatırladaq ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti