...

Formula 1 üzrə dünya çempionatının yarış cədvəlində dəyişiklik edilib

İdman Materials 6 Mart 2021 14:30 (UTC +04:00)
Formula 1 üzrə dünya çempionatının yarış cədvəlində dəyişiklik edilib

Bakı. Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev - Trend:

2021-ci il Formula 1 üzrə dünya çempionatının yarış cədvəlində dəyişikliklər edilib.

Trend bu abrədə Beynəlxalq Avtomobil Federasiyasına (FIA) istinadən məlumat verir.

Qeyd olunur ki, cümə günləri keçirilən sərbəst yürüşlərin müddəti 90 dəqiqədən 1 saata azaldılıb. Yarışların saatı başlama vaxtı isə bir saat qabağa çəkilib.

Azərbaycan Qran-prisi 4-6-da baş tutacaq. İyunun 4-də saat 13:30-14:30-da birinci sərbəst yürüş, 17:00-18:00-də ikinci sərbəst yürüş, iyunun 5-də saat 14:00-15:00-da üçüncü sərbəst yürüş, 17:00-18:00-da təsnifat yürüşü keçiriləcək. Yarış iyunun 6-da saat 16:00-da başlayacaq.

Mövsüm 23 mərhələdən ibarət olacaq və martın 28-də Bəhreyn Qran-pris ilə başlayıb, dekabrın 12-də Əbu-Dabi Qran-prisi ilə başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti