...

Gimnastımız İspaniyadan gümüş medalla qayıdır (FOTO)

İdman Materials 15 Noyabr 2021 10:18 (UTC +04:00)
Gimnastımız İspaniyadan gümüş medalla qayıdır (FOTO)

Bakı. Trend:

Bədii gimnastika üzrə yığma komandamızın perspektivli gimnastlarından biri olan Arzu Cəlilova İspaniyanın Barselona şəhərində keçirilmiş bədii gimnastika üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, 13 noyabr tarixində baş tutmuş beynəlxalq yarışda gimnastımız bir çox titullu idmançıları üstələyərək, fəxri kürsünün 2-ci pilləsinə gürzlərlə çıxışına görə yüksəlib.

Arzu çoxnövçülük yarışlarında isə 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, gimnastımız bu yarışda təşkilatçıların dəvəti əsasında iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti