...

Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatının ikinci günü start götürüb (FOTO)

İdman Materials 11 Mart 2022 11:03 (UTC +04:00)
Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatının ikinci günü start götürüb (FOTO)

Bakı. Trend:

Martın 11-də Bakı Milli Gimnastika Arenasında Akrobatika gimnastikası üzrə 28-ci Dünya çempionatının ikinci günü start götürüb.

Trend-in məlumatına görə, yarışların ikinci günündə təsnifat mərhələsində qarışıq cütlüklər və kişi qrupları temp hərəkətlərini, qadın qrupları balans hərəkətlərini nümayiş etdirəcək. Təsnifat mərhələsinin yekununda həmin proqramlar üzrə finalçılar, eləcə də komanda hesabında qaliblər müəyyənləşdiriləcək.

Günün ikinci hissəsində qadın, qarışıq və kişi cütlükləri, qadın və kişi qrupları arasında final yarışları keçiriləcək.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçiriləcək. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edəcək.

4 gün davam edəcək yarışlarda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edir. Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə aparacaqlar.

Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika gimnastikası üzrə Dünya kubokuna, bu il martın 3-dən 6-dək isə bu növ üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi edib.

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti