...

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Azərbaycan çempionatı davam edir (FOTO)

İdman Materials 17 Mart 2022 16:37 (UTC +04:00)
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Azərbaycan çempionatı davam edir (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatında yarışların ikinci günü davam edir.

Trend-in məlumatına görə, çempionatın ikinci günündə gənclər və böyüklər arasında ayrı-ayrı alətlər üzrə final mərhələləri keçirilir.

Qeyd edək ki, yarışlarda Bakı şəhəri üzrə “Ocaq Sport”, Bakı Gimnastika Məktəbi, Grasiya IK, Respublika Kompleks İdman Məktəbi, digər şəhər və bölgələr üzrə Xırdalanın “Zirvə” klubu, Sumqayıt, Gəncə və Mingəçevirdən ümumilikdə 40 idmançı birincilik uğrunda mübarizə aparır.

Qaliblər həm ayrı-ayrı alətlərdə (top, halqa, gürzlər, lent), həm də çoxnövçülük xalına görə müəyyən edilir.

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti