...

Maks Ferstappen "Formula -1" Mayami Qran-prisin qalibi olub

İdman Materials 9 May 2022 02:09 (UTC +04:00)
Maks Ferstappen "Formula -1" Mayami Qran-prisin qalibi olub

Bakı. Trend:

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen Mayami Qran-prisində “Formula 1” üzrə dünya çempionatının beşinci raundunda qalib gəlib.

Trend xəbər verir ki, yarış bazar günü baş tutub.

İkinci və üçüncü yerləri müvafiq olaraq “Ferrari” komandasının pilotları - Monakolu olan Çarlz Lekler və ispaniyalı Karlos Sayns tutublar.

“Formula 1” tarixində Mayami Qran-prisi ilk dəfə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti