...

Azərbaycanlı velosipedçi beynəlxalq turnirin qalibi olub (FOTO)

İdman Materials 9 İyul 2022 15:16 (UTC +04:00)
Azərbaycanlı velosipedçi beynəlxalq turnirin qalibi olub (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Əziz Şuşa" beynəlxalq velosiped yarışında I mərhələyə yekun vurulub.

Trend-inməlumatına görə, Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında 21 km məsafəyə fərdi ötüşmə növündə baş tutan yarışın qalibi Türkiyənin "Sakarya BB Pro Team" kontinental klubunda çıxış edən Azərbaycan millisinin üzvü Elçin Əsədov olub. O, finişə 26 dəqiqə 18 saniyəyə çatıb.

Liderdən 13 saniyə geri qalan yığmanın digər velospiedçisi Musa Mikayılzadə ikinci yeri tutub. Rumıniyanın "Styaua" komandasından Sergey Tsvetkov isə 26,58 dəqiqəlik göstərici ilə üçüncü olub.

Qeyd edək ki, yarışın II mərhələsi iyulun 10-da keçiriləcək. Bu mərhələ Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edəcək. İdmançılar sonuncu gündə 71 km məsafədə qrup ötüşməsində güclərini sınayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti