...

Şamaxıda şəhid Naiq Ələkbərovun xatirəsinə həsr olunmuş cüdo turniri təşkil olunub

İdman Materials 26 Sentyabr 2022 05:03 (UTC +04:00)
Şamaxıda şəhid Naiq Ələkbərovun xatirəsinə həsr olunmuş cüdo turniri təşkil olunub

Trend-i buradan izləyin

Bakı. Trend:

Şamaxı şəhərində Vətən müharibəsi şəhidi Naiq Ələkbərovun xatirəsinə həsr olunan cüdo üzrə açıq rayon birinciliyi keçirilib.

Azərbaycan Cüdo federasiyasından Trend-ə bildiriblər ki, 2010-2012-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən yarışın açılışında Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Turnirə paytaxt Bakıdan, Qəbələ və Şamaxı rayonlarından ümumilikdə 14 komanda qatılıb. Şamaxı Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə keçirilən turnirdə 250-ə yaxın idmançı 9 çəki dərəcəsində mübarizə aparıb.

Qeyd edək ki, gizir Naiq Ələkbərov Vətən müharibəsində göstərdiyi igidliyə və qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti