...

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 1-ci "Ocaq" beynəlxalq kubokunun açılışı olub

İdman Materials 25 Noyabr 2022 11:14 (UTC +04:00)
Vəfa Bəkərova-
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 1-ci "Ocaq" beynəlxalq kubokunun açılışı olub
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 1-ci "Ocaq" beynəlxalq kubokunun açılışı olub.

Trend cümə günü xəbər verir ki, yarışların açılışında “Ocaq Sport” Klubunun İdarə heyəti sədri vəzifəsini müvəqqəti icra edən Vəfa Bakarova klubun 2013-cü ildə təsis edildiyini bildirib.

Qeyd olunub ki, bu müddət ərzində klubdaxili yarışlar və açıq çempionatlar keçirilib. "Ocaq Sport"un yetirmələri müxtəlif gimnastika növlərində milli komandalara cəlb olunub, irimiqyaslı beynəlxalq yarışların mükafatlarını qazanıb.

Yarışların startından əvvəl gənc idmançıların nümunəvi çıxışıları nümayiş etdirilib.

Qeyd edək ki, 1-ci "Ocaq" beynəlxalq kuboku noyabrın 25-27-də keçiriləcək. 13 ölkənin nümayəndəsi "Ocaq" idman klubunun ilk beynəlxalq tədbrində qüvvələrini sınayacaq. Yarışlarda 2007-2016-cı il təvəllüdlü gimnastlar həm fərdi, həm də qrup hərəkətlərdə iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti