...

Batut gimnastikası üzrə 7-ci, tamblinq üzrə 19-cu Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək

İdman Materials 11 Fevral 2023 10:49 (UTC +04:00)
Batut gimnastikası üzrə 7-ci, tamblinq üzrə 19-cu Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək

Bakı. Trend:

Fevralın 24-də Milli Gimnastika Arenasında təşkil ediləcək batut gimnastikası üzrə 7-ci, tamblinq üzrə 19-cu Azərbaycan birinciliyi və Bakı çempionatında ümumilikdə 94 idmançı (batut üzrə 62, tamblinq üzrə 32) mübarizəyə qoşulacaq.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, “Neftçi” İdman Klubu, 13 Nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edəcək idmançılar fərdi proqramda balacalar (2016-2017-ci il), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2007-2010) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.

Yarışlar haqqında ətraflı məlumat federasiyanın rəsmi internet səhifəsində mütəmadi olaraq yenilənəcək.

Yerli idmançıların maraqlı və rəngarəng çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti 5 manat təşkil edir.

Yarışların başlama vaxtı:
24 fevral - 12:00

Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası

Məqalədə:
Xəbər lenti

Xəbər lenti