...

Bakıda idman gimnastikası üzrə FIG Dünya Kuboku yarışlarının birinci günü başlayıb (FOTO)

İdman Materials 9 Mart 2023 14:26 (UTC +04:00)
Bakıda idman gimnastikası üzrə FIG Dünya Kuboku yarışlarının birinci günü başlayıb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Martın 9-da Milli Gimnastika Arenasında idman gimnastikası üzrə FIG Dünya Kubokunun birinci günü başlayıb.

Trend-in məlumatına görə, birinci gün ixtisaslaşma aparılır: kişilər arasında sərbəst məşqlər, paralel tirlərdə və halqalarda məşqlər; qadınlar arasında dayaqla tullanma və müxtəlif hündürlükdə tirlərdə məşqlər keçiriləcək.

Qeyd edək ki, Bakıdan öncə Dünya Kubokunun mərhələləri Kotbusda (Almaniya), daha sonra Dohada (Qətər) keçirilib və burada azərbaycanlı idmançı Nikita Simonov halqalarda məşqlər üzrə bürünc medal qazanıb.

Azərbaycanın paytaxtında keçiriləcək yarışlarda idman gimnastikasının hazırkı çempionları və yüksələn ulduzları çıxış edəcəklər.

Qeyd edək ki, idman gimnastikası üzrə FIG Dünya Kuboku 9-12 mart tarixlərində Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında keçiriləcək. Yarışlarda dünyanın 48 ölkəsindən 173 gimnast iştirak edəcək ki, bu da ölkəmizdə gimnastika fənləri üzrə keçirilən Dünya Kuboku tarixində iştirakçı ölkələrin sayına görə rekord göstəricidir.

Bakı şəhərində keçirilən Dünya Kuboku üzrə dördgünlük yarışların ilk iki günü ixtisaslaşma mərhələləri, digər günlərdə isə finallar keçiriləcək və ayrı-ayrı gimnastika aparatlarında məşqlər üzrə qaliblər və mükafat sahibləri müəyyən olunacaq. Dördgünlük yarışların nəticələrinə əsasən ən yüksək bal toplamış gimnastlara həmçinin ənənəvi AGF Trophy Kuboku təqdim ediləcək.

Azərbaycanı yarışlarda Nikita Simonov və İvan Tixonov (kişi idman gimnastikası), Samirə Qəhrəmanova və Nazənin Teymurova (qadın idman gimnastikası) təmsil edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti