...

Gimnastika Arenasının zalı çox gözəldir - Almaniyadan gələn tamaşaçı

İdman Materials 18 May 2023 21:17 (UTC +04:00)
Gimnastika Arenasının zalı çox gözəldir - Almaniyadan gələn tamaşaçı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıdakı Gimnastika Arenasının zalı çox gözəldir, burada xalça yaxşı işıqlandırılıb, çıxışlara tamaşaçı tribunalarından baxmaq rahatdır.

Bu barədə Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının tamaşaçısı Almaniyadan ölkəmizə gələn Tatyana Varfolomeyeva deyib. Tatyana Varfolomeev yarışda iştirak edən gimnast Darya Varfolomeyevin anasıdır.

"Darya Bakıda təşkil olunan yarışlarda ilk dəfə deyil ki, iştirak edir. O, bura gəlməyi sevir, həmişə səfərdən müsbət danışır", - deyə tamaşaçı qeyd edib.

Məşhur gimnastın anasının sözlərinə görə, qızının iştirak etdiyi bütün böyük yarışlarda iştirak etməyə çalışır:

"Bakıya ilk dəfədir ki, gəldim. Bələdçinin müşayiəti ilə Köhnə şəhərə (müəllif qeydi - İçərişəhər) ekskursiya etdik. Azərbaycanın paytaxtında çoxlu tarixi yerlər var, bizdə gözəl təəssürat yaranıb. Yenidən Bakıya səfər etmək imkanım olsa, bunu məmnuniyyətlə edəcəm", - deyə o əlavə edib.

Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir.

Yarışlar "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilir. Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər.

Yarışlarda Azərbaycanı böyüklər arasında fərdi proqramda Zöhrə Ağamirova və İlona Zeynalova, həmçinin qrup hərəkətləri proqramında Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümbətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət böyüklər komandası təmsil edirlər.

Xatırladaq ki, Avropa çempionatının birinci günü Azərbaycanın Gövhər İbrahimoba, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət gənclər komandası qrup hərəkətlərində çoxnövçülük və beş topla proqramda iki bürünc medal qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti