...

Lionel Messi "İnter Mayami"yə keçir

İdman Materials 7 İyun 2023 23:31 (UTC +04:00)
Lionel Messi "İnter Mayami"yə keçir

Bakı. Trend:

Futbol üzrə dünya çempionu və yeddiqat "Qızıl top"un sahibi Lionel Messi karyerasını ABŞ-ın "İnter Mayami" klubunda davam etdirmək qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə İspaniyanın "Mundo Deportivo" qəzeti xəbər verib.

L.Messi verdiyi müsahibəsində Avropanı tərk etmək, diqqət mərkəzindən çıxmaq və ailəsi ilə daha çox vaxt keçirmək istədiyini bildirib.

İspaniyanın “Sport” qəzeti iyunun 2-də yazıb ki, “İnter Mayami” Messiyə cəmi 200 milyon dollar dəyərində 4 illik müqavilə təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti