Bakı. Trend:
Amerikanın "İnter Mayami" futbol klubunun argentinalı hücumçusu Lionel Messi klubdakı ilk oyununda qol vurub.
Trend xəbər verir ki, Messi "Leagues Cup" turnirinin qrup mərhələsində "Krus Asul"a qarşı matçda 90+4-cü dəqiqədə cərimə zərbəsindən fərqlənib.
Argentinalının bu qolu "İnter Mayami"yə qələbə qazandırıb. Oyun 2:1 hesabı ilə ABŞ klubunun xeyrinə başa çatıb.
Qeyd edək ki, Messi bu yay Fransanın PSJ klubundan "İnter Mayami"yə keçib.