Bakı. Trend:
2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına (AVRO-2028) ev sahibliyi edəcək ölkələr müəyyənləşib.
Trend xəbər verir ki, turnir Böyük Britaniya (İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya) və İrlandiyada təşkil olunacaq. Bu, Türkiyə Futbol Federasiyasının namizədliyini geri götürməsindən sonra bəlli olub.
UEFA-nın oktyabrın 10-da qərarı açıqlayacağı bildirilir.
Qeyd edək ki, daha əvvəl Türkiyə və İtaliya 2032-ci ildə keçiriləcək Avropa çempionatını birgə təşkil etmək üçün UEFA-ya müraciət edib.