...

“Braqa”nın Bakıya gələcək heyəti açıqlanıb

İdman Materials 20 Fevral 2024 18:44 (UTC +04:00)
“Braqa”nın Bakıya gələcək heyəti açıqlanıb

Bakı. Trend:

Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olacaq “Braqa”nın Bakıya gələcək heyəti dəqiqləşib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, baş məşqçi Artur Jorje səfərdə 23 futbolçuya güvənəcək.

O, heyətdə sürpriz edib. Bir aya yaxın fasilədən sonra Bruma komanda ilə olacaq. O, menisk əməliyyatından sonra bərpa prosesini başa vurub. Rikardo Orta isə bu dəfə də heyətdən kənar qalacaq.

Qapıçılar: Mateus, Tiaqo Sa, Lukas Horniçek;

Müdafiəçilər: Serdar, Niakate, Fonte, Paulo Oliveyra, Co Mendeş, Çissumba, Viktor Qomez, Borxa;

Yarımmüdafiəçilər: Şer Ndur, Zalazar, Vitor Karvalyo, Pizzi , Joao Moutinyo, Soumare;

Hücumçular: Bruma, Abel Ruiz, Alvaro Calo, Roni Lopes, Rocer, Simon Banza.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti