...

“Bayer”dən paylaşım: Bunu bir daha etməyək (FOTO)

İdman Materials 15 Mart 2024 03:45 (UTC +04:00)
“Bayer”dən paylaşım: Bunu bir daha etməyək (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Qarabağ”ın Avropa Liqasının 1/8 finalındakı rəqibi “Bayer” cavab matçı ilə bağlı paylaşım edib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi bu mövsüm Azərbaycan çempionu ilə oyunları xüsusi vurğulayıb.

Paylaşımda Azərbaycan çempionuna böyük hörmət bəslənildiyi qeyd olunub: “Komandanıza böyük hörmət düşür. Bizə qarşı 4 əla matç keçirdiniz, amma zəhmət olmasa, bunu bir daha etməyək”.

Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında Bakıdakı oyun 2:2, səfərdəki qarşılaşma isə 2:3 hesabı ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti