...

Son 10 dəqiqədə oyunumuzu göstərə bildik - Xabi Alonso

İdman Materials 15 Mart 2024 04:19 (UTC +04:00)
Son 10 dəqiqədə oyunumuzu göstərə bildik - Xabi Alonso
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Oyuna yaxşı başlasaq da, sonradan nəzarəti itirdik".

Trend-ə İdman.biz-ə istinadən xəbər verir ki, bunu "Bayer"in baş məşqçisi Xabi Alonso deyib.

İspaniyalı mütəxəssis Avropa Liqasının 1/8 finalının cavab matçında "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri oyunu şərh edib: "Ola bilər ki, bu gün "Qarabağ"a qarşı arzuolunan səviyyədə çıxış etmədik. Bəzən futbolda belə hallara rast gəlmək mümkündür. İkinci hissənin son 10 dəqiqəsini çıxmaq şərti ilə istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Komanda öz günündə olmasa da, sonda reaksiya göstərdik".

Qeyd edək ki, hesabda 0:2 hesabı ilə geri düşən "Bayer" sona yaxın 3 qol vuraraq, 1/4 finala yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti