...

Təsnifat turnirində Olimpiadaya lisenziya qazanan Azərbaycan güləşçilərinin sayı 6-ya çatıb

İdman Materials 7 Aprel 2024 20:16 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın 6-cı sərbəst güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Trend xəbər verir ki, Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin son görüşündə Georgi Meşvildişvili (125 kq) olimpiadada iştirak hüququna yiyələnib.

31 yaşlı idmançı yarımfinalda bolqarıstanlı Alen Xubulova 7:0 hesabı ilə qalib gələrək, bunu reallaşdırıb.

Qeyd edək ki, bu gün Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86) da olimpiadaya lisenziya qazanıblar. Daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) olimpiadaya lisenziya əldə etmişdi.

Xəbər lenti

Xəbər lenti