...

“Turan Tovuz” dünyaca məşhur mütəxəssisə tapşırıldı

İdman Materials 12 İyun 2024 15:48 (UTC +04:00)

Bakı. Trend:

“Turan Tovuz”u yeni mövsümdə rusiyalı məşhur mütəxəssis Qurban Berdiyev çalışdıracaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Səməd Nəsibov yerli mətbuata açıqlama verib.

O bildirib ki, 71 yaşlı mütəxəssislə danışıqlar müsbət yekunlaşıb: “Qurban Berdiyevlə razılığa gəlmişik. Yalnız müqavilənin imzalanması qalıb. Yaxın vaxtda o, rəsmən “Turan Tovuz”un baş məşqçisi elan olunacaq”.

Qeyd edək ki, son iş yeri Mahaçqala “Dinamo”su olan Berdiyev bu postda mövsümün sonunda klubla yollarını ayıran Ayxan Abbasovu əvəzləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti