...

"Turan Tovuz"dan yeni transfer

İdman Materials 24 İyun 2024 18:33 (UTC +04:00)

Bakı. Trend:

“Turan Tovuz” heyətini gücləndirməyə davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bölgə təmsilçisi Tural Bayramlını rənglərinə bağlayıb.

26 yaşlı yarımmüdafiəçi növbəti 2 mövsümdə “Turan Tovuz”un şərəfini qoruyacaq.

Qeyd edək ki, Yunanıstan və Latviyada legioner həyatı yaşamış Tural Bayramlı karyerası ərzində “Sumqayıt”, “Keşlə”, “Zirə”, “Səbail” və “Araz-Naxçıvan” klublarının formasını geyinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti