...

Olimpiadanın başlamasını səbirsizliklə gözləyirəm - Məryəm Şeyxəlizadəxangah

İdman Materials 23 İyul 2024 06:55 (UTC +04:00)
Olimpiadanın başlamasını səbirsizliklə gözləyirəm - Məryəm Şeyxəlizadəxangah
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Olimpiadaya yaxşı hazırlaşmışıq. Hər bir idmançıya və komandaya uğurlar arzulayıram”.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu azərbaycanlı üzgüçü Məryəm Şeyxəlizadəxangah Paris-2024 Yay Olimpiya Oyunlarına yolasamla mərasimində deyib.

O bildirib ki, komanda yüksək hazırlıq keçib: “Səhər də, axşam da məşqlər etdik, hazırlıq öz bəhrəsini verməlidir. Uğurlu çıxışa və performansımın yüksək olacağına ümid edirəm”.

Olimpiadada 50 m məsafəyə sərbəst üsulda çıxış edəcək üzgüçü komandamızın Parisdə uğur qazanacağına inam da ifadə edib: “Hər kəsə inanıram və uğurlar arzulayıram. Olimpiadanın başlamasını səbirsizliklə gözləyirəm. Sayılı günlər qalıb”.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-da start götürəcək və avqustun 11-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti