Bakı. Trend:
Azərbaycan Premyer Liqasının vitse-çempionu “Zirə” növbəti avrokubok oyununu keçirib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçına çıxıb.
Avropa Liqası ilə erkən vidalaşan Bakı klubu qitənin üçüncü dərəcəli klub turnirinə ev görüşü ilə başlayıb. Təmsilçimiz Slovakiyanın “Dunayska Streda” klubunu darmadağın edib. Hər hissədə 2 qol vuran "Zirə" növbəti mərhələyə yüksəlmək üçün yaxşı əldə edib.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 1-də baş tutacaq.
Konfrans Liqası
II təsnifat mərhələsi
İlk oyun
25 iyul
20:30. “Zirə” – “Dunayska Streda” (Slovakiya) - 4:0
Qollar: Rafael Utziq, 29. Junior Martins, 31. Davit
Volkov, 51; 53