Bakı. Trend:
Bu gün Azərbaycan Premyer Liqasında iki oyun keçirilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, IV turun ikinci gününün matçları baş tutub.
Çempionatın liderləri "Qarabağ"la "Turan Tovuz" Ağdam təmsilçisinin meydanında üz-üzə gəlib Çempion mövsümdə ilk məğllubiyyəti doğma azarkeşlər qarşısında alıb. Otto Conun penaltidən vurduğu qol yeganə olub.
Qələbə həsrətində olan "Neftçi" "Araz-Naxçıvan"la qarşılaşıb. Roman Qriqorçukun komandası son saniyələrdə məğlubiyyətdən qaça bilib. Oyunda qolları Ömər Buludov (16`) və Ramil Şeydayev (90+4`) vurublar.
Qeyd edək ki, IV tura sabah yekun vurulacaq.