Bakı. Trend:
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, F qrupunda yer alan yığmamız Bakıda Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Dalğa Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq.
Avroma çempionatı (U-21)
Seçmə mərhələ
10 sentyabr
19:00. Azərbaycan (U-21) – Serbiya (U-21)
Baş hakim: Bastien Dekepy
Baş hakimin köməkçiləri: Alexis Auger, Brays
Parine Le Tele
Dördüncü hakim: Floren Batta
Hakimlər briqadası Fransadandır.
Dalğa Arena
1 Ukrayna 7 6 1 0 16-3 19
2 İngiltərə 7 6 0 1 32-5 18
3 Serbiya 8 3 2 3 10-17 11
4 Lüksemburq 9 2 1 6 6-23 7
5 Şimali İrlandiya 6 2 0 4 4-8 6
6 Azərbaycan 7 1 0 6 4-16 3
Qeyd edək ki, qrupun digər oyunlarında Şimali İrlandiya Ukrayna ilə qarşılşacaq.