Bakı. Trend:
Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 2-ci tura yekun vurulub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması Finlandiya ilə qarşılaşıb.
Qarşılaşma şahmatçılarımızın üstünlüyü ilə keçib. Komandamız dünən olduğu kimi, 3,5:0,5 hesabı ilə qalib gəlib.
Qadınlardan ibarət yığma isə Avstraliya ilə üz-üzə gəlib. Təmsilçilərimiz 2 lövhədə qələbə qazanıb, 2 lövhədə heç-heçə qeydə alınıb.
İki turdan sonra komandalarımız iki qələbə ilə 4 xalla liderlər qrupunda yer alıblar.
Qeyd edək ki, kişilərdən ibarət millimiz ilk turda İordaniyaya 3,5:0,5 hesabı ilə qəlib gəlib. Qadınlardan ibarət yığmamız isə Nikaraquaya heç bir şans verməyib - 4:0.