...

Avropa Liqası: “Qalatasaray”dan qələbə ilə start

İdman Materials 26 Sentyabr 2024 01:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Avropa Liqasının yeni formatda keçiriləcək Liqa mərhələsi start götürüb

Trend İdman.biz-ə istinadən xəbər verir ki, I turun ilk oyun günündə 9 matç baş tutub.

Əsas mərhələyə “Qalatasaray” evdə başlayıb. “Sarı-qırmızılar” PAOK-u sınağa çəkiblər. Oyun Türkiyə çempionunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Mançester Yunayted" öz meydanında xal itirib. "Qırmızı şeytanlar" "Tvente"nin müqavimətini qıra bilməyib - 1:1.

Qeyd edək ki, I tura sentyabrın 26-da keçiriləcək 9 görüşlə yekun vurulacaq. Azərbaycan çempionu “Qarabağ” İngiltərədə “Tottenhem”lə üz-üzə gələcək.

Avropa Liqası
Liqa mərhələsi
I tur, 25 sentyabr

20:45. “Alkmaar” – “Elfsborq” - 3:2
20:45. “Bodo Qlimt” – “Porto” - 3:2
23:00. “Anderlext” – “Ferentsvaroş” - 2:1
23:00. “Dinamo” K – “Latsio” - 0:3
23:00. “Midtulland” – “Hoffenhaym” - 1:1
23:00. “Qalatasaray” – PAOK - 3:1
23:00. “Lüdoqorets” – “Slaviya” - 0:2
23:00. “Mançester Yunayted” – “Tvente” - 1:1
23:00. “Nitsa” – “Real Sosyedad” - 1:1

Məqalədə:
Xəbər lenti

Xəbər lenti