...

Şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olub

İdman Materials 28 Sentyabr 2024 20:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şuşada təşkil olunan şahmat üzrə X Vüqar Həşimov Memorialı başa çatıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Yan Nepomnyaşi (Rusiya) qalib olub.

Turnirin ilk iki günündə şahmatçılar rapiddə qüvvələrini sınayıblar. Bu gün isə blitsdə partiyalar keçirilib. Rapiddə liderliyi ələ keçirən rusiyalı şahmatçı üstünlüyünü sonadək qoruyub. Toplamda 19 xal Nepomnyaşi çempion tituluna yiyələnib.

Özbəkistanlı Nodibrek Abdusattorov ikinci, Şəhriyar Məmmədyarov isə 3-cü yeri tutub.

Turnir cədvəli: Nepomnyaşi - 19 xal, Abdusattorov - 18, Məmmədyarov - 16, Artemyev - 14,5, Süleymanlı - 13,5, Çitambaram - 13, Məmmədov, Rapport - 9.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti