...

“Neftçi” səfərdə “Zirə”yə qalib gəlib - Misli Premyer Liqası

İdman Materials 10 Fevral 2025 21:32 (UTC +04:00)
“Neftçi” səfərdə “Zirə”yə qalib gəlib - Misli Premyer Liqası

Bakı. Trend:

Futbol üzrə Misli Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

Trend-in məlumatına görə, “Zirə” evdə “Neftçi”ni sınağa çəkib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin yeganə qoluna 90+2 dəqiqədə Ruan Renato imza atıb. Bakı təmsilçisinin heyətində isə 88-ci dəqiqədə Emin Mahmudov, 90+3-cü dəqiqədə Ervin Koffi fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 24-ə çatdıran "Neftçi" altıncı pilləyə yüksəlib, "Zirə" isə 39 xalla üçüncü sırada qalıb.

Günün "Araz-Naxçıvan" və "Kəpəz" komandaları arasında oynanılan ilk görüşündə isə qapılara qol vurulmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti