...

Avropa çempionatında 8 azərbaycanlı şahmatçı çıxış edəcək

İdman Materials 29 Mart 2025 15:15 (UTC +04:00)
Avropa çempionatında 8 azərbaycanlı şahmatçı çıxış edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.

Martın 31-dən aprelin 11-dək Yunanıstanın Rodos adasında keçiriləcək Avropa çempionatında çəxış edəcək Azərbaycan qadın şahmatçılarının sayı artıb.

Trend xəbər verir ki, yarış üçün ilk olaraq Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova və Səbinə İbrahimova qeydiyyatdan keçib.

Sonra Nərmin Abdinova və Lalə Hüseynova da onlara qoşulub.

Beləliklə, səkkiz şahmatçımız Avropa çempionatında çıxış edəcək.

137 iştirakçının qatılacağı Avropa çempionatının reytinq favoriti Nino Batsiaşvili (Gürcüstan) olacaq. Ülviyyə Fətəliyeva isə hazırkı Avropa çempionu statusunda çıxış edəcək.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçiriləcək yarış 11 turdan ibarət olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti