Bakı. Trend:
Bu gün Yunanıstanın Rodos adasında qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək.
Trend xəbər verir ki, qitə birinciliyində Azərbaycanı 8 şahmatçı təmsil edəcək.
Avropa çempionatında yarışın son qalibi Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Nərmin Abdinova və Lalə Hüseynova mübarizə aparacaq.
Ümumilikdə 137 şahmatçının iştirak edəcəyi Avropa çempionatının reytinq favoriti Nino Batsiaşvili (Gürcüstan) olacaq.
Turnirin mükafat fondu 60 min avroya bərabərdir. Çempion olacaq şahmatçı 10 min avro pul mükafatı əldə edəcək.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçiriləcək yarış 11 turdan ibarət olacaq. Avropa çempionatında ilk 10 yeri tutacaq şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaq.