...

UEFA Çempionlar Liqasında 2025-26 mövsümündən dəyişikliklər tətbiq etməyi planlaşdırır

İdman Materials 25 Aprel 2025 09:00 (UTC +04:00)
UEFA Çempionlar Liqasında 2025-26 mövsümündən dəyişikliklər tətbiq etməyi planlaşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA 2025-26 mövsümündən etibarən Çempionlar Liqasında bir sıra yeniliklər etməyi nəzərdə tutur.

Trend BILD nəşrinə istinadən xəbər verir ki, Avropa futbol qurumunun təklif etdiyi dəyişikliklər bunlardır:

Əlavə vaxtın ləğvi: Oyuna əlavə vaxt təyin edilməyəcək və qalib birbaşa penaltilər seriyasında müəyyənləşəcək.

Ev sahibi üstünlüyü: Liqa mərhələsində ilk "8-lik"də qərarlaşan komandalar 1/4 final və yarımfinalda cavab matçını evdə keçirəcəklər.

Eyni ölkədən olan komandalar: Eyni ölkədən olan komandalar yalnız 1/4 finala qədər bir-biri ilə qarşılaşmayacaq.

Xəbər lenti

Xəbər lenti