...

“Şamaxı” sonuncu yoxlama oyununa çıxır

İdman Materials 7 Avqust 2025 16:00 (UTC +04:00)
“Şamaxı” sonuncu yoxlama oyununa çıxır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Şamaxı” futbol klubu yay təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirəcək.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bölgə təmsilçisi avqustun 9-da “Zirə” ilə qarşılaşacaq.

Görüş Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında oynanılacaq.

Matç saat 17:45-də start götürəcək.

Qeyd edək ki, “Şamaxı” bunadək “Qəbələ”yə 1:2 hesabı ilə uduzub, “Karvan”a 2:0, “Sumqayıt”a isə 1:0 hesabı ilə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti