...

İsrail təbabəti A-Qroup-un sığortalılarının xidmətində

İqtisadiyyat Materials 16 Fevral 2017 10:25 (UTC +04:00)
A-Qroup zamanla ayaqlaşaraq, öz sığortalılarına göstərilən tibbi köməyin səviyyəsini yüksəltmək məqsədi ilə işində yeni texnologiyalardan və kommunikasiya proqramlarından istifadə edir.
İsrail təbabəti A-Qroup-un sığortalılarının xidmətində

Bakı. Trend:

A-Qroup zamanla ayaqlaşaraq, öz sığortalılarına göstərilən tibbi köməyin səviyyəsini yüksəltmək məqsədi ilə işində yeni texnologiyalardan və kommunikasiya proqramlarından istifadə edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, A-Qroup sığorta bazarına yeni xidmət tətbiq edib - İsrailin ən yaxşı mütəxəssisləri ilə video-konsultasiya. Xidmət sağlamlıq barədə suallara, müxtəlif patologiyalar, diaqnostika və müalicə ilə bağlı tibbi video-konsultasiya almaq imkanı verir. Bunun üçün A-Qroup-un ofisində onlayn məsləhətlər üçün otaq təşkil olunmuş və bu sahədə ixtisaslaşmış məşhur MedVisor İsrail şirkəti ilə razılaşma əldə edilib. Bəli, bu sığorta şirkəti üçün çox bahalı bir xidmətdir, lakin mürəkkəb, mübahişəli situasiyalarda tele-tibb seansları əvəzolunmazdır.

Həmin xidmətdən istifadə edən A-Qroup sığorta olunanlar çox razı qalırlar.

A-Qroup dinamik inkişaf edir, 20 ildən artıq sığorta bazarında müvəffəqiyyətlə fəaliyyət göstərir, müştərilərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir və sığorta ödənişlərinin həyata keçirilməsi müddətinin azaldılması, zərərlərin tənzimlənməsi prosessinin effektivliyinin artırılması üçün daim çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti