...

Nazirlik Abşeronda təlim kursu keçib

İqtisadiyyat Materials 17 Fevral 2017 18:30 (UTC +04:00)
Abşeronda istehlakçı hüquqlarına dair konfrans və satınalan təşkilatların nümayəndələri üçün təlim kursu keçirilib
Nazirlik Abşeronda təlim kursu keçib

Bakı. Trend:

İstehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı, aidiyyəti dövlət orqanlarının, sahibkarlıq subyektlərinin, ictimai təşkilatların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu gün Abşeron rayonunda konfrans keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda təşkil olunan və 150-dən istehlakçının iştirak etdiyi tədbirdə istehlakçı hüquqlarının qorunmasında maarifləndirmənin əhəmiyyətindən danışılıb, Bu sahədə Dövlət Xidmətinn həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Bildirilib ki, istehlakçıların maarifləndirilməsi məqsədilə Dövlət Xidməti tərəfindən mütəmadi olaraq konfrans və seminarlar, dəyirmi masalar təşkil edilir, istehlakçı hüquqları barədə maarifləndirici məlumatlar yayılır, ticarət və ictimai-iaşə obyektlərinin xidmət personalı üçün təlimlər keçirilir, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda bukletlər, yaddaş kitabçaları və digər əyani vəsaitlər hazırlanaraq istehlakçılara paylanılır. Bundan başqa, ticarət qaydalarına əməl olunması ilə bağlı 560 mindən artıq elektron ünvana bildirişlər göndərilib, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində istehlakçıların bilməli olduqları əsas məsələlərin əks olunduğu maarifləndirici məlumatlar KİV vasitəsilə yayılıb.

Konfransda istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, ictimai-iaşə və xidmət müəssisələrinin vəzifələri barədə ətraflı məlumat verilib, tədbir iştirakçılarının sualları cavablandırılıb, istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.

Həmin gün həmçinin Abşeron rayonunda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda təlim kursu keçirilib. Təlim kursunda Dövlət Xidmətinin əməkdaşları tərəfindən iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti