...

“SOCAR Polymer”də gələn il iki istehsal xəttinin istismara verilməsi nəzərdə tutulur (FOTO)

İqtisadiyyat Materials 28 İyul 2017 20:57 (UTC +04:00)
İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Türkiyə və Avropa bazarlarına çıxarılması planlaşdırılır.
“SOCAR Polymer”də gələn il iki istehsal xəttinin istismara verilməsi nəzərdə tutulur (FOTO)

Bakı. Trend:

“SOCAR Polymer” layihəsi çərçivəsində 2018-ci ilin əvvəlinə Kanada texnologiyası əsasında illik istehsal gücü 180 min ton polipropilen və Avstriya texnologiyası əsasında illik istehsalı gücü 120 min tonluq yüksək sıxlıqlı polietilen olan istehsal xətlərinin istismara verilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Yerli istehsalın dəstəklənməsi istiqamətində müəssisələrarası əlaqələrin qurulması” mövzusunda keçirilən tədbirdə “SOCAR Polymer” MMC-nin direktoru Fərid Cəfərov deyib.

O, qeyd edib ki, hazırda ölkəmiz aşağı sıxlıqlı polietileni ixrac, yüksək sıxlıqlı polietileni isə idxal edir. “SOCAR Polymer” layihəsinin əsas məqsədi bu sahədə idxalın aradan qaldırılmasıdır. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Türkiyə və Avropa bazarlarına çıxarılması planlaşdırılır.

Xammal olaraq “Azərkimya” İstehsalat Birliyinin istehsal etdiyi propilen və etilendən istifadə olunacaq. Müəssisənin tikintisində 3 minə yaxın işçi çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti