...

İlin sonunadək paytaxtda səth suları ilə bağlı layihələrin başa çatdırılması nəzərdə tutulur (FOTO)

İqtisadiyyat Materials 27 Oktyabr 2017 16:51 (UTC +04:00)
İlin sonunadək paytaxtın səth sularının yığılma təhlükəsi olan ərazilərində icra olunan layihələrin başa çatdırılması nəzərdə tutulur.
İlin sonunadək paytaxtda səth suları ilə bağlı layihələrin başa çatdırılması nəzərdə tutulur (FOTO)

Bakı. Trend:

İlin sonunadək paytaxtın səth sularının yığılma təhlükəsi olan ərazilərində icra olunan layihələrin, Padarçöl ərazisində suvarma infrastrukturunun yaradılması işlərinin başa çatdırılması nəzərdə tutulur.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, bunu 2017-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda qurumun sədri Qorxmaz Hüseynov bildirib.

O qeyd edib ki, əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə 22 rayonun 170 yaşayış məntəqəsində layihələrin icrasına başlanılıb və 100-dən artıq kənddə işlər yekunlaşıb. Bakı şəhərinin yağış sularının yığılma təhlükəsi olan ərazilərində səth sularının kənarlaşdırılması üzrə 13 layihənin icrasına başlanılıb və bu sahədə işlər yekunlaşmaq üzrədir.

Qeyd olunub ki, 2017-ci ilin yanvar-sentyabr aylarında “Azərsu” ASC tərəfindən istehlakçılara 191 milyon kubmetr su verilib. Hesabat dövründə 800 km-dən çox içməli su və kanalizasiya xətləri tikilib, 6 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində 90 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 152 min nəfərin su təchizatı yaxşılaşdırılıb. Bununla da fasiləsiz su təchizatı səviyyəsi ölkə üzrə 66,3 faizə, Bakı şəhəri üzrə isə 81,1 faizə yüksəlib.

Q.Hüseynov bildirib ki, ilin sonuna qədər Bakı şəhəri və Abşeron yarımadasının 10 yaşayış məntəqəsində və regionlarda 170 kənddə icra olunan layihələr yekunlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti