...

Azərbaycan corab istehsal edəcək

İqtisadiyyat Materials 6 Noyabr 2017 12:35 (UTC +04:00)
Azərbaycanın Pirallahı rayonunda corab istehsalı üzrə müəssisə yaradılması nəzərdə tutulub
Azərbaycan corab istehsal edəcək

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanın Pirallahı rayonunda corab istehsalı üzrə müəssisə yaradılması nəzərdə tutulub. Belə ki, Trend-in Nazirliyə istinadən verdiyi məlumata görə, Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Pirallahı rayonunda prioritet sahəhələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

Məlumata görə, Fond tərəfindən keçirilmiş işgüzar forum nəticəsində sahibkarlar tərəfindən startapların maliyyələşdirilməsi, eləcə də zeytun və badam təsərrüfatlarının, corab istehsalı müəssisəslərinin və plastik və polietilən qablaşdırmanın təkrar emalı üzrə müəssisələrin yaradılması üzrə investisiya layihələri üzrə təkliflərin qəbul edilməsi məqsədəuyğun hesab olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti