• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • İqtisadiyyat

UNEC-də “Respublika İnnovasiya Müsabiqəsi”nin təqdimatı (FOTO)

8 Noyabr 2017 18:08 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

UNEC-də İqtisadiyyat Nazirliyi ilə BMT-nin Azərbaycan nümayəndəliyinin birgə keçirdiyi “Respublika İnnovasiya Müsabiqəsi”nin təqdimatı olub.

Universitetdən Trend-ə verilən məlumata görə, UNEC-in Elm və İnnovasiyalar Mərkəzinin direktoru, professor Sakit Yaqubov Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənən 17 dayanıqlı inkişaf məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulduğunu diqqətə çatdırıb. Bildirib ki, qarşıya qoyulan məqsəd dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir. S.Yaqubov bu istiqamətdə UNEC-də həyata keçirilən kompleks tədbirlərdən danışaraq, görülən işlərin iqtisad elminin və təhsilin inkişafına, beynəlxalq aləmdə ölkəmizi layiqli təmsil edə biləcək elmi mərkəzin yaradılmasına istiqamətləndiyini qeyd edib.

İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov BMT-nin 2030-cu ilədək Dayanıqlı inkişaf üzrə gündəliyinin məqsədlərini təşviq etmək, eyni zamanda “Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf konsepsiyası”nın və “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrasına dəstək olmaq üçün innovasiya müsabiqəsinin elan olunduğunu bildirib. H.Hüseynov müsabiqənin tələbə və təqdiqatçılar üçün təşkil edildiyini bildirərək, ilk görüşün UNEC-də keçirilməsinin təsadüfi olmadığını diqqətə çatdırıb. O, ölkənin iqtisadi elmi potensialının əsasən UNEC-də cəmləndiyini və bu ali təhsil ocağının Azərbaycan iqtisadiyyatının formalaşmasında çox böyük rola malik olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdiri Ceyhun Salmanov dünyada baş verən müasir inkişaf meyilləri, iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması, ətraf mühitin mühafizəsinin gücləndirilməsi baxımından innovasiyaların mühüm əhəmiyyətini vurğulayıb. Dayanıqlı inkişafın təmin olunması məqsədilə qəbul edilən strateji sənədlərin mühüm hədəflərindən birinin də məhz innovasiyaların təşviqi olduğunu diqqətə çatdırıb.

Tədbirdə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibliyinin sosial-iqtisadi məsələləri üzrə eksperti Elnur İbrahimov Respublika İnnovasiya Müsabiqəsinin məqsədi və əhəmiyyəti barədə təqdimatla çıxış edib. O, müsabiqənin iqtisadi, sosial, ekoloji sahələr üzrə aparıldığı qeyd edərək, qəbul şərtləri və tələblər barədə UNEC tələbələrinə ətraflı məlumat verib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • İqtisadiyyat Nazirliyi
  • UNEC
Azernews Newspaper
Digər xəbərlər
Qırğızıstanlı diplomat UNEC-də (FOTO)
Cəmiyyət 12:24
UNEC alimlərinin tədqiqatı: “Əmanətlərin sığortalanması işinin təkmilləşdirilməsi”
İqtisadiyyat 17 Aprel 10:51
UNEC ilə Türkiyənin İnönü Universitetinin alimləri birgə tədqiqat aparacaqlar
Cəmiyyət 16 Aprel 10:58
İqtisadiyyat Nazirliyi Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar elmi məqalə müsabiqəsi elan edir
İqtisadiyyat 14 Aprel 13:11
195-2 Çağrı Mərkəzinə birinci rübdə 2500-dən çox müraciət daxil olub
İqtisadiyyat 13 Aprel 20:17
İstehlakçı hüquqlarına dair maarifləndirmə tədbiri və treninq keçirilib (FOTO)
İqtisadiyyat 13 Aprel 18:43
İqtisadiyyat Nazirliyi qanvermə aksiyası keçirib (FOTO)
Cəmiyyət 13 Aprel 17:59
Azərbaycanlı sahibkar və menecerlər Almaniyada ixtisasartırma kursu keçəcək
Biznes və iqtisadiyyat xəbərləri 10 Aprel 17:44
UNEC tələbələrindən Aprel şəhidlərinə həsr olunan tamaşa: “Yarımçıq qalmış” (FOTO)
Mədəniyyət 9 Aprel 09:55
Cəlilabadda yaradılan aqroparkda ikinci mərhələ üzrə işlər aparılır (FOTO)
İqtisadiyyat 6 Aprel 15:29
Azərbaycan Dünya Turizm Təşkilatı ilə əlaqələrini genişləndirəcək
Turizm 6 Aprel 15:11
Ağsuda sahibkarlar üçün treninq keçirilib
Biznes və iqtisadiyyat xəbərləri 5 Aprel 20:06
UNEC-də Aprel şəhidlərinə həsr olunan kitab təqdim edilib (FOTO)
Cəmiyyət 4 Aprel 13:41
Mingəçevir “İstək” liseyinin şagirdləri UNEC-in bir günlük tələbələri olub (FOTO)
Cəmiyyət 2 Aprel 16:14
Biznes inkubatorlarla bağlı İqtisadiyyat Nazirliyində komissiya yaradılıb (FOTO)
Biznes və iqtisadiyyat xəbərləri 30 Mart 18:51
Qusarda regional logistik mərkəz yaradılır (FOTO)
İqtisadiyyat 30 Mart 17:54
UNEC alimlərinin tədqiqatı qlobal elmi bazalarda (FOTO)
Cəmiyyət 30 Mart 14:23
UNEC-də əlilliyi olan tələbələr üçün əmək yarmarkası
Cəmiyyət 30 Mart 13:01
Ən çox oxunanlar
Prezident İlham Əliyev: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib (YENİLƏNİB-2)
Prezident İlham Əliyev: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib (YENİLƏNİB-2)
Nazir: Türkiyə Azərbaycanla ticarət hesablaşmalarında milli valyutaya keçməyə hazırdır (ÖZƏL)
Prezident İlham Əliyevin Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb
Əhalinin banklarda 7.7 milyard manatdan artıq pulu var
Nəzər nöqtəsi
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib

Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib

Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb
Zakir Nuriyev: Azərbaycanda banklar əhalinin xarici valyutaya olan tələbatını tam təmin edir
Ramiz Mehdiyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter