...

Deloitte Azərbaycan: Respondentlərin 79%-i biznes perspektivlərini müsbət qiymətləndirib

İqtisadiyyat Materials 15 Noyabr 2017 14:08 (UTC +04:00)
Deloitte Azərbaycan “Azərbaycanda İqtisadi Perspektivlər” adlı makroiqtisadi təhlili özündə əks etdirən yeni nəşrini təqdim edir.
Deloitte Azərbaycan: Respondentlərin 79%-i biznes perspektivlərini müsbət qiymətləndirib

Bakı. Trend:

Deloitte Azərbaycan “Azərbaycanda İqtisadi Perspektivlər” adlı makroiqtisadi təhlili özündə əks etdirən yeni nəşrini təqdim edir.

Nəşrdə Deloitte son 15 ildə Azərbaycan iqtisadiyyatında müşahidə edilən əsas tendensiyalara toxunub. Eyni zamanda, 2017-ci ilin avqust-sentyabr ayları ərzində öncül Azərbaycan şirkətlərinin rəhbərləri arasında apardığı sorğunun nəticələrini təqdim edib.

Sorğu nəticəsində gəlinən ən diqqətçəkən qənaətlərdən biri - sorğu iştirakçılarının böyük əksəriyyətinin ölkənin biznes konyunkturasının gələcəyinə dair optimist baxışın mövcudluğudur. Respondentlərin 79 %-i öz şirkətlərinin qısamüddətli biznes perspektivlərini müsbət qiymətləndirib.

Jurnala keçid: https://goo.gl/UaeNTR

Məqalədə:
Xəbər lenti

Xəbər lenti