...

Bakı şəhərətrafı dəmir yolu xəttinin icra vəziyyəti yoxlanılıb (FOTO)

İqtisadiyyat Materials 30 May 2018 14:15 (UTC +04:00)
Prezident İlham Əliyev bu il mart ayında imzaladığı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncama uyğun olaraq, işlər davam edir.
Bakı şəhərətrafı dəmir yolu xəttinin icra vəziyyəti yoxlanılıb (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyev bu il mart ayında imzaladığı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncama uyğun olaraq, işlər davam edir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə verilən məlumata görə, qurumun sədri Cavid Qurbanov Bakı şəhərətrafı dəmir yolu xəttinin yenidən qurulması işlərinin icra vəziyyəti ilə tanış olmaq üçün Sabunçu stansiyasında olub. sədri Cavid Qurbanov Bakı şəhərətrafı dəmir yolu xəttinin yenidən qurulması işlərinin icra vəziyyəti ilə tanış olmaq üçün Sabunçu stansiyasında olub.

Hazırda Sabunçu stansiyasında yolların və yoldəyişənlərin yenilənməsi, dəmir yolu keçidlərinin (avtomobil yolu ilə kəsişmə) yenidən qurulması, lazımi yerlərdə yerüstü və yeraltı keçidlərin inşası (piyadalar üçün), yolun ətrafının hasarlanması, elektrik təchizatı və işarəvermə ilə rabitə sisteminin gücləndirilməsi, stansiyada binaların və platformaların yenidən qurulması işləri aparılır.

Eyni zamanda C. Qurbanov polad magistralda görülən işlərlə tanış olmaq üçün Sumqayıt-sərnişin, Biləcəri yuyucu-buxarlayıcı stansiyalarında, Motorlu rels nəqliyyatı, maşın-mexanizmlərin təmiri emalatxanasında olub və yeni texnologiyaların tətbiqi istiqamətində reallaşdırılan işlərə baxış keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti