Bakı. İlkin Şəfiyev – Trend:
“SOCAR-Polymer” son illərdə Azərbaycanda qeyri-neft sektorunda həyata keçirilən ən iri layihədir.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Xammaldan son məhsula qədər dəyər zəncirinin təşkili” mövzusunda keçirilən tədbirdə deyib.
Nazir müavini bildirib ki, “SOCAR-Polymer”in ətrafında klasterlərin yaradılması planlaşdırılır və yerli şirkətlər burada istehsal edilən məhsullardan faydalana bilər. O qeyd edib ki, istehsal zəncirinin yaradılması baxımından bu layihə mühüm əhəmiyyət kəsb edir.
Nazir müavini vurğulayıb ki, iqtisadiyyatın inkişafında sənayenin rolu böyükdür: “2018-ci ilin ilk 6 ayı ərzində Azərbaycanın qeyri-neft sənayesi 9 faiz artıb”.