...

"Sınıq Körpü"də Ticarətin Asanlaşdırılması Mərkəzi sentyabrın sonunda istifadəyə veriləcək (YENİLƏNİB) (FOTO)

İqtisadiyyat Materials 12 Sentyabr 2018 10:42 (UTC +04:00)
"Sınıq Körpü" gömrük-keçid məntəqəsində tikilən Ticarətin Asanlaşdırılması Mərkəzi sentyabrın sonunda istifadəyə veriləcək.
"Sınıq Körpü"də Ticarətin Asanlaşdırılması Mərkəzi sentyabrın sonunda istifadəyə veriləcək (YENİLƏNİB) (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Gürcüstanla sərhəddə, "Sınıq Körpü" gömrük-keçid məntəqəsində tikilən Ticarətin Asanlaşdırılması Mərkəzi sentyabrın sonunda istifadəyə veriləcək.

Trend-in məlumatına görə, bunu "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

S.Mehdiyev bildirib ki, mərkəzin açılışı gömrük-keçid məntəqəsi vasitəsilə sərhədi keçərkən sıxlığı azaltmağa, eləcə də yük və avtomobil buraxılışını asanlaşdırmağa imkan verəcək.

Qeyd edək ki, mərkəz "Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə inşa olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti