...

Spiker: Bakı-Tbilisi-Qars dəmir yolu xətti Şimal-Cənub dəhlizi üçün böyük perspektivlər yaradır

İqtisadiyyat Materials 11 Oktyabr 2018 11:09 (UTC +04:00)
Milli Məclisin sədri Oqtay Əsədov Antalya şəhərində İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.
Spiker: Bakı-Tbilisi-Qars dəmir yolu xətti Şimal-Cənub dəhlizi üçün böyük perspektivlər yaradır

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin Antalya şəhərində İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə ölkələrimizin qanunverici orqanları arasında münasibətlərin inkişafına dair səmərəli fikir mübadiləsi aparılıb.

Tərəflər parlamentlər arasında əlaqələrin inkişaf dinamikasını yüksək dəyərləndiriblər. Ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivlərindən danışılan görüşdə Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müzakirələr də aparılıb.

O.Əsədov qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Şimal-Cənub dəhlizi üçün böyük perspektivlər yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti