...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası memorandum imzalayıb (FOTO)

İqtisadiyyat Materials 2 Noyabr 2018 16:35 (UTC +04:00)

Bakı. Trend:

Bakıda keçirilən “Qara Dəniz regionunda kiçik və orta sahibkarlığın inkişafı”na dair beynəlxalq Biznes Forum çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, sənədi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev imzalayıblar.

Anlaşma Memorandumuna əsasən, KOBİA və ASK dövlət orqanları ilə özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi, bu istiqamətdə birgə proqramların təşkili, gənclər arasında sahibkarlıq ideyalarının formalaşdırılması, innovativ təşəbbüslərin reallaşdırılması, kiçik və orta biznes subyektlərinin maarifləndirilməsi, müxtəlif biznes sahələrində sahibkarların potensial inkişaf meyllərinin araşdırılması, sahibkarların inkişafı üçün araşdırma, statistika və təhlillərin aparılması kimi istiqamətlərdə əməkdaşlıq edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti