...

Bakıda qəsəbədaxili və məhəllələrarası yollar bərpa olunacaq

İqtisadiyyat Materials 22 Fevral 2019 15:23 (UTC +04:00)
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi Bakının qəsəbədaxili yollarının təmirini planlaşdırır.
Bakıda qəsəbədaxili və məhəllələrarası yollar bərpa olunacaq

Bakı. Samir Əli - Trend:

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi Bakının qəsəbədaxili yollarının təmirini planlaşdırır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda Bakının 11 rayonunda yolların təmirinə start verilib: "Artıq Xəzər, Binəqədi, Sabunçu, Xətai, Qaradağ, Nəsimi rayonlarının ərazisində bərbad vəziyyətdə olan yolların yenidən qurulması nəzərə alınıb. Həmin yollar üzərində yeraltı və yerüstü piyada keçidlərinin inşası bu il başa çatdırılacaq. Gələcək planlarımızda da qəsəbədaxili və məhəllələrarası yolların yenidən təmir olunması da var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti