...

"Deloitte Azərbaycan" 4-cu buraxılışını təqdim edir

İqtisadiyyat Materials 24 May 2019 10:35 (UTC +04:00)
"Deloitte Azərbaycan", məmnuniyyətlə, “Azərbaycanda İqtisadi Perspektivlər” adlı makroiqtisadi təhlili özündə əks etdirən nəşrin 4-cu buraxılışını sizə təqdim edir.
"Deloitte Azərbaycan" 4-cu buraxılışını təqdim edir

Bakı. Trend:

"Deloitte Azərbaycan" məmnuniyyətlə “Azərbaycanda İqtisadi Perspektivlər” adlı makroiqtisadi təhlili özündə əks etdirən nəşrin 4-cu buraxılışını sizə təqdim edir.

Hesabatda 2019-cu ilin mart-aprel aylarında Azərbaycanın aparıcı şirktələrinin rəhbərləri ilə aparılan sorğu nəticəsində toplanan unikal məlumatlar öz əksini tapıb. Bu dəfə ümumi iqtisadi mühitin təhlili ilə yanaşı, "Deloitte" maliyyə xidmətləri və qeyri-neft sektorunun inkişafı sahəsində tendensiyaları daha ətraflı şəkildə nəzərdən keçirmiş və xarici investisiyaların cəlb edilməsini təhlil edib.

Sorğu iştirakçıları qeyri-neft sektorunun inkişafına böyük maraq nümayiş etdirib və onların əksəriyyəti növbəti 5 il ərzində kənd təsərrüfatı və turizm sahəsinin sürətlə inkişaf edəcəyinə inandıqlarını bildiriblər.

Eyni zamanda, iştirakçıların əksəriyyəti (86%) Azərbaycanda qeyri-neft sektorunun dəstəklənməsi və inkişafı sahəsində dövlətin həyata keçirdiyi tədbirlərin müəyyən dərəcədə effektiv olduğunu təsdiq edib.

İştirakçıların əksəriyyəti qeyd edir ki, birbaşa xarici investisiyalar Azərbaycan iqtisadiyyatının inkişafına müsbət təsir göstərir. Sorğu iştirakçılarının fikrincə, sərmayəçi hüquqlarının qorunması, vergi və iqtisadi siyasətlərin şəffaflığının və sabitliyinin təmin edilməsi Azərbaycan bazarının xarici investisiyalar üçün cəlbediciliyini artırmaqda ən yaxşı vasitələrdir.

Hesabatı tam şəkildə "Deloitte"un internet səhifəsindən yükləyə bilərsiniz: https://deloi.tt/2wfz8Td

Məqalədə:
Xəbər lenti

Xəbər lenti